Xəyalə Quliyeva “Maşın”da ona hədiyyə olunan 500 kisə sementi GÖRÜN NƏ EDƏCƏK - ÖZÜ AÇIQLADI - VİDEO

1169 dəfə oxunub
Xəyalə Quliyeva “Maşın”da ona hədiyyə olunan 500 kisə sementi GÖRÜN NƏ EDƏCƏK - ÖZÜ AÇIQLADI - VİDEO

“Maşın şou”nun qalibi, tanınmış teleparıcı, rejissor və aktrisa Xəyalə Quliyeva avtomibilini hələ almadığını bildirib.

Publika.az-a açıqlama verən məşhur “5-ci element” verilişində qonaq olarkən yayılan kadrlara aydınlıq gətirib.

“Mən heç o videonu görməmişəm. Onu kimin və harada çəkdiyindən heç xəbərim olmayıb. Bəli, maşını hələ verməyiblər. Lakin bu, o demək deyil ki, verməyəcəklər, hələ sənədləşmə işləri gedir. Dövlət yol polisi idarəsinə gedib avtomobili adıma keçirtməliyəm. Niyə camaat hələ verməyiblər sözünü verməycəklər kimi başa düşür? Bu boyda camaatı adlatmaq olmaz ki. Efirdə çox yüksək səviyyədə təşkil olunmuş şou yayımlanıb. Verilişin tarixində də elə hadisə olmayıb ki, maşını verməsinlər. Niyə adi sözümü sensasiyaya çeviriblər bilmirəm”.

Xatırladaq ki, əməkdar artist Ruhəngiz Allahverdiyevanın "5-ci element" verilişinin kadrarxası görüntülərindən paylaşdığı videoda aparıcı Xəyalə “Maşınımı vermirlər. Niyə?” deyə sual edib. Sözügedən görüntülər sosial şəbəkədə marağa səbəb olub.

“Maşın şou”nun qalibi verilişin sponsorlarından olan yerli zavodlarından birinin ona hədiyyə etdiyi 500 kisə sementi evinin tikintisində istifadə edəcəyini qeyd edib:

“Hazırda Buzovnada bağ evi tikdiririk, yəqin ki, lazım olan qədəri ora istifadə edilər. Maşın üçün də qaraj tikə bilərəm. Qalanını bəlkə satdım. O qədər sementlə nə edə bilərəm ki? 500 kisə sementlə bütün Bakını tikib qurtarmaq olar”.



Redaktorun seçimi