Aktyor gözlərindən əməliyyat olundu

119 dəfə oxunub
Aktyor gözlərindən əməliyyat olundu

 Aktyor Can Yaman gözlərindən əməliyyat olunub.

Yaman bununla bağlı sosial media hesabından açıqlama verib. Məşhur aktyor günəş gözlüyü ilə “Altın Kelebek” mükafatına qatılıb və gözlərində problem olduğunu bildirib.

Can Yaman bir müddətdir təxirə saldığı əməliyyatı gerçəkləşdirdiyini bəyan edib. O, sosial media hesabından vəziyyəti ilə bağlı post paylaşıb: “Uzun müddətdir ki, gözlərimdə problem var idi. Yeni ildən 3 gün əvvəl olacağım əməliyyatı bu gün keçirtdim. İndi daha yaxşıyam. Amma təxminən 2 həftə boyunca bulanıq görməyə davam edəcəyəm. Maraqlanan və şəfa diləyən hər kəsə çox təşəkkür edirəm”.



Redaktorun seçimi