"Anam dedi ki, o evdən ölün çıxa bilər" - 16 yaşında ailə quran Nigardan ağır həyat HEKAYƏSİ - VİDEO

737 dəfə oxunub
"Anam dedi ki, o evdən ölün çıxa bilər" - 16 yaşında ailə quran Nigardan ağır həyat HEKAYƏSİ - VİDEO
ARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı xanəndə Nigar Şabanova olub. 
 
Faktor.az bildirir ki, xanəndə ailəli olub boşandığından söz danışıb:
 
"Hazırda ailəli deyiləm. Amma ailə qurub boşanmışam. Məsləhət olsa idi, illərdi bunu açıb deyərdim. Görürəm ki, bu, artıq insanlarda qıcıq yaradır. Deyirlər ki, "Nə səbəbə gizlədirsən? Yəqin ki, gizlədib yenidən ailə həyatı qurmaq istəyirsən". Əsla belə bir fikrim yoxdur. Mənim həyatımda hər bir şey qayda-qanunla baş verib".
 
Nigar Şabanova çox kiçik yaşlarında zorla evləndirildiyindən də söz açıb:
 
"Ailəm məni 15 yaşımda nişanladı. 16 yaşımda isə ailə qurdum. Qohum idi. O vaxtlar nə telefon, nə də internet dövrü idi. Ana ilə məktəbə gedib, ana ilə də gəlirdim. O vaxtı anamıza deyə bilməzdik ki, mən bunu etmək istəmirəm. Yadımdadır ki, uşaq vaxtı həyətdə oynayanda, anam məni balkondan çağırdı və mən isə "nədir?" dedim. "Nədir" sözünün üstündə anam məni vurdu. Ailə qurduğum şəxs isə anamın dayısı nəvəsi idi və dayımın da qaynı idi. Dedilər ki, ona veririk, ona da gedəcəksən. Nişanlı vaxtlarımda belə onun kobudluğunu anlayıb deyirdim ki, nişanı qaytarıram. Dayımgil yığılıb üstümə gəldi ki, bizim nəslimizdə elə şey ola bilməz, sən nə edirsən? Olmaz olsun, oldu, ailə quruldu və heç bir il davam etmədi. Düşmənimin balasına belə mənim yaşadığım ailə həyatını arzu etmirəm. Mən o həyata dözüb otururdum. Çünki mən evdən çıxanda mənə anam bir kəlimə dedi ki, "Sən bilməzsən, ailədə çətinliklər olur. Bu, bir tapşırıq idi. İkinci tapşırıq isə birdən bilməzsən, nəsə olar, üstümə gələrsən, sənin oradan ancaq ölün çıxa bilər. Bizim ailəmizdən qız qayıda bilməz. Amma dayım onun bacısından ayrıldı. Onlar da gətirib məni verdilər. Acığa... Siz bizim qızı saxlamadınızsa, biz sizin qızı niyə saxlamalıyıq? Amma mənim heç bir günahım yox idi ki...".
 

 

 



Redaktorun seçimi