"Onlar soxulcandırlar" — Əkizlərə SƏRT REAKSİYA

Hit: 247
"Onlar soxulcandırlar" — Əkizlərə SƏRT REAKSİYA
Sevil-Sevinc Səfərova bacılarının xalq artisti Brilliant Dadaşova ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verilib.

 B.Dadaşovanın bacısı Lalə Dadaşova "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində gənc sənətçilərə bunları deyib:

"Brilliant xanım türk dünyasının böyük sənətkarı, əjdahası İlhamə Quliyevaya cavab verməyib. Bunlar soxulcandırlar. Onlar kimdir ki, cavab versin? Yəqin ki, sənətkarın öz reaksiyası da sıfır olacaq".

Qeyd edək ki, Sevil və Sevinc Səfərovalar "ATV maqazin" proqramında xalq artisti Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltdığını bildirib:

"Deyirlər ki, Brilliant Dadaşova yaşını azaldıb.  Şəxsiyyət vəsiqəsində... Elə eşitmişəm”.   









Redaktorun seçimi