Dünən “Maşın Şou. Hind Kinosu” nun növbəti gecəsi baş tutub.

Hit: 940
Dünən “Maşın Şou. Hind Kinosu” nun növbəti gecəsi baş tutub.

"Ölkə.Az" xəbər verir ki, bu dəfəki buraxılılşda  iştirakçılar səsverməyə aktrisa Aysel Nazimi çıxarıblar. Aktrisa tamaşaçılar qarşısında çıxış edərək oyunda qalması üçün səs istəyib. Səsvermənin əvvəlində Aysel heç kəsin adını çəkməsə də, sonradan oyundan repçi Ramin Nabranı çıxaracağını söyləyib.
Ancaq  Aysel 37,81 faiz səs toplayaraq şounu özü tərk etməli olub.

Xatırladaq ki, "Maşın şou"da hal-hazırda mübarizəni  Nazilə Səfərli, Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.









Redaktorun seçimi