Çiçək oğluna ad günü etdi, məşhurlar qatıldı - FOTOLAR

Hit: 1191
Çiçək oğluna ad günü etdi, məşhurlar qatıldı - FOTOLAR

Aparıcı Şəhla Vakkas (Çiçək) oğluna ad günü edib. 

Faktor.az axşam.az-a istinadən bildirir ki, Vakkasın 10 yaşı tamam olub. Məclis şəhər restoranlarından birində keçirilib. 

Gecəyə şou-biznes nümayəndələri övladları ilə birlikdə qatılıblar. Ad günündən görüntüləri qonaqlar sosial şəbəkədə yayımlayıb. 

Övladı ilə bağlı təəssüratlarını bölüşən Çiçək bunları qeyd edib:

"Hamı 9 ay boyunca deyirdi ki, bu uşaq səni öldürəcək. Deyirdim Allah böyükdür. Həkimlər qarışıq hamının elə yazıq baxışları var idi ki... Həkimlər deyirdi ki, bədən hamiləliyi zəhərlənmə kimi qəbul edir. 9 ay hər gün zəhərləndiyinizi düşünün. Özəl klinikaların bizə yox deməyindənmi, oğlumun doğulandan sonra ürəyinin dayanmasındanmı deyim... Hər şeyin qarşısında duanın möcüzəsi dayandı. Allah istəsə olar, bilin. 10 il öncə əməliyyatdan əvvəl ağlaya-ağlaya zəng vurub dua istədiklərim sizi heç vaxt unutmaram. Hər il mən də sizə dua edirəm".

1
1
1
1
1
1
1








Redaktorun seçimi