Məhkəməyə getməyən Ebru Gündəşə son xəbərdarlıq

Hit: 377
Məhkəməyə getməyən Ebru Gündəşə son xəbərdarlıq

İstanbulun Beykoz qəsəbəsinin Qanlıca səmtindəki malikanədə qanunsuz təmir işləri apardığı üçün haqqında cinayət işi açılan türkiyəli müğənni Ebru Gündəş və mühəndis Hakkı Süha Gökdəmirin məhkəmə prosesi davam etdirilib.

 “Anadolu” agentliyi  xəbər verir ki, məhkəməyə getməyən Hakkı Süha Gökdəmirin haqqında məcburi şəkildə gətirilmə qərarı çıxarılıb.

Ebru Gündəş isə növbəti dəfə prosesə qatılmasa, onun barəsində də eyni qərarın çıxarılacağı açıqlanıb.

Qeyd edək ki, hər iki şübnhəlinin 3 ilə qədər həbsi istənilir.









Redaktorun seçimi