Cey Lo ailəsi ilə Yeni İlə belə hazırlaşır

Hit: 350
Cey Lo ailəsi ilə Yeni İlə belə hazırlaşır
Müğənni Cennifer Lopez sevgilisi, beysbolçu Aleks Rodrigez və övladları ilə Yeni İlə hazırlaşırlar.
 
Xarici media xəbər verir ki, cütlük artıq şam ağacını da bəzəyib. Bu barədə ifaçı İnstaqram səhifəsində paylaşdığı fotolarla məlumat verib.
 
Lopez həm özünün, həm də Aleksin övladları ilə birgə şam ağacını bəzədikləri yerdə çəkilmiş şəkillərini səhifəsində yerləşdirərək "Uşaqlarla əla gün, bu bayramı sevirəm" sözlərini yazıb.
 
Cey Lonun fotoları izləyiciləri tərəfindən bəyənilib.
 
Qeyd edək ki, Cenniferin əkizi - bir qızı, bir oğlu, Rodrigezin isə 2 qızı var. Cütlük və övladları yaxşı yola getdiklərini və ailə qurmağa hazırlaşdıqlarını bildirib. 








Redaktorun seçimi