Səxavət Nur vəzifəsindən getdi

64 dəfə oxunub
Səxavət Nur vəzifəsindən getdi

Bir müddət əvvəl "Xəzər" telekanalında radio direktoru təyin edilən aparıcı Səxavət Nur işdən çıxıb.

O, uzun illərdir Amerikada yaşayırdı. Bir neçə ay əvvəl Bakıya qayıdan S.Nura vəzifə verilmişdi.

Amma Səxavətin Azərbaycandakı fəaliyyəti uzun müddət davam etməyib. O, yenidən işdən çıxıb və xaricə köçüb. Səxavət bu haqda özü də sosial şəbəkədə paylaşım edib.

Həmkarı Zaur Kamalı "Xəzər" telekanalında radiolara direktor təyin edilməsi münasibətilə təbrik edən Səxavət "Radioların yeni rəhbəri Zaur Kamal, təbrik edirəm. İllər əvvəl birgə işə başladığımız radio yaxşı əllərdədir. Buna sevinirəm. Uzaqda olsam da, ürəyim yanınızdadır" sözlərini yazıb.



Redaktorun seçimi