"Üstümə su tökmüşdü..." - Rəhim Rəhimli

Hit: 666
"Üstümə su tökmüşdü..." - Rəhim Rəhimli

"Efirdə aparıcılar özlərini mədəniyyətsiz və tərbiyəsiz aparırlar. Çıxdığım iki-üç proqramda bunun şahidi oldum. Proqramlarda sənətçilərə münasibəti və davranışı gördüm. 5-6 ildir ki, verilişlərə getmirəm. Bir televiziya proqramına çıxmışdım. Aparıcı üstümə su tökdü, onu götürüb kənara qoydum. Həmin günü çox əsəbi idim, amma şou etdim".

Faktor.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli Murad Arifin aparıcılıq etdiyi "Popumuz var" adlı "Youtube" layihəsinə qonaq olarkən deyib. 

Rəhim proqramda deyib ki, Azərbaycan mentalitetinə uyğun biri deyil: "Mən mentalitetimizə uyğun biri deyiləm. Mentalitet sözünün anlamı başqadır. İndiki istəklərim və yaşadıqlarımla özümü orada görmürəm və bu mövzuya çox girmirəm". 

 









Redaktorun seçimi