"Xatun məndən üzr istəyəcək" - Rəqqasə Fatimə

Hit: 695
"Xatun məndən üzr istəyəcək" - Rəqqasə Fatimə

Aparıcı Elgiz Əkbər rəqqasə Fatimə Fətəliyevaya müğənni Xatun Əliyeva haqda sual ünvanlayıb. 

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Səhər-səhər" proqramında Xatunla bağlı eşitdiklərinə əsəbiləşib. Fatimə bildirib ki, bu haqda danışmağa ona qadağa qoyulub:

"Mənə vəkilim Xatun haqda danışmağa icazə vermir. Neçə aydır məhkəmə davam edir. Mənə məbləğ maraqlı deyil, pul düşünmürəm. Şərtim odur ki, məndən efirdə üzr istəməlidir. Şəxsiyyətimə toxunulub, çətin məsələdir. Məhkəmələrə getməyi özümə yaraşdırmıram. Amma etməliydim. Məhkəmə var deyə, indi mənim ünvanıma bir kəlmə demir. Heç işçilərimi də hədələmir. Halbuki əvvəl hədələyirdi ətrafımdakıları".

Qeyd edək ki, Xatunla Fatimə bir vaxtlar birlikdə xınalara gedirdi. Müğənni Fatiməni qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında qalmaqal bundan sonra başlayıb.









Redaktorun seçimi