"Bu şəhərdə"nin konsertində ŞOK OLAY: ürəyi getdi - VİDEO - FOTOLAR

2504 dəfə oxunub
"Bu şəhərdə"nin konsertində ŞOK OLAY: ürəyi getdi - VİDEO - FOTOLAR

"Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında hazırda keçirilən konsertində insident yaşanıb.

Kult.az xəbər verir ki, konserti Rafail və Coşqun Aygün və Rəhimin parodiyası ilə açıblar. Daha sonra aparıcı Saleh Bağırovun təqdimatında "Turanbank" və "Meqafon" tərəfindən tamaşaçılar arasında keçirilən oyunun ilk qalibinə hədiyyə təqdim olunub. Bunun ardınca Elgiz və Əli Mirəliyevin parodiyası üçün efirə çıxan Rafail və Coşqun çıxışı yarımçıq kəsməyə məcbur olublar. Belə ki, tamaşaçılardan biri özündən gedib.

Dərhal təcili yardım çağırılıb. Bəlli olub ki, epilepsiya xəstəliyi olan 30 yaşlarında gənc iflic keçirib. Ona ilkin yardım göstərildikdən sonra zaldan çıxarılıb və təcili yardıma təhvil verilib.

Hazırda konsert öz axarı ilə davam edir.

Qeyd edək ki, "Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında "KefAl" adlı 3 gün davam edəcək konserti bu gündən start götürüb.

1
1



Redaktorun seçimi