Sılanın qaynanası Çexovun sözləri ilə müğənniyə eyham vurdu

38 dəfə oxunub
Sılanın qaynanası Çexovun sözləri ilə müğənniyə eyham vurdu

Əhməd Kuralın anası keçmiş gəlini Sıla Gəncoğluna sosial media ilə eyham atdı

Əhməd Kuralın anası Səma Kural sosial media hesabından rus yazıçısı Anton Çexovun “qüsursuz olsaydın, başqasının qüsurlarını axtarmazdın” fikrini paylaşaraq keçmiş gəlini S. Gəncoğluna eyham atıb.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, türk aktyor A.Kural 29 oktyabrda, gecə S.Gəncoğlunu 45 dəqiqə ərzində döyüb. Lakin o, bunu təkzib edib. 5 noyabrda isə prokurorluqda ifadə verən kinoaktyor özünü bu sözləri ilə müdafiə edib: “haqsız olmaq haqsızlığa məruz qalmaqdan daha acıdır ”.

Ötən il də S.Kural həyat yoldaşı Məsud Kural ilə gəlini S.Gəncoğlunun konsertindən çıxarkən “o xanımcığaz bir qızdır” deyərək oğlunu müdafiə edib. Ə.Kural həyat yoldaşı ilə münasibətlərinin korlanmasının səbəbi kimi onun Okan Can Yantır ilə sevgi məcarası yaşamasını göstərib. 

Cavid Zahidoğlu

Faktor.az

 



Redaktorun seçimi