"Toppuş bacı" üçün yardım toplayan Zaur "od püskürdü" - "Allaha cavab verəcək..."

1724 dəfə oxunub
"Toppuş bacı" üçün yardım toplayan Zaur "od püskürdü" - "Allaha cavab verəcək..."

Bir müddət əvvəl əməkdar artist Tünzalə Əliyevanın ATV-də yayımlanan "BizimləSən" verilişində mənzil krediti üçün xalqdan, eləcə də sənət dostlarından maddi dəstək istəməsi hələ də müzakirə olunmaqdadır.

Bütün deyilən mənfi fikirlərdən təngə gələn aparıcı Zaur Baxşəliyev növbəti dəfə sözügedən məsələ ilə bağlı açıqlama verib. 

Aparıcı canlı efirdə aktrisa üçün keçirdiyi yardım aksiyasına "don" geyindirənlərə bunları deyib: "Biz "Toppuş bacı"ya dəstək olanda buna çox donlar geyindirdilər. Ay Toppuşun villası var, evi var, nəyi var... Bunların heç biri olmaya-olmaya onun adına yazdılar.

Hələ də səngimək bilmir. Anası da dünyasını dəyişdi, səngimək bilmir, əl çəkmirlər. Bilmirəm, bunun altında kim yatırsa, Allaha cavab verəcək. Biz buna qarışmırıq. Bu, birmənalı şəkildə".

 

///BAKU.WS



Redaktorun seçimi