Tanınmış müğənni estetik əməliyyatından danışdı

149 dəfə oxunub
Tanınmış müğənni estetik əməliyyatından danışdı

Müğənni Yıldız Tilbe sevənlərini konsert proqramı ilə sevindirib.

Faktor.az axşam.az-a istinadən bildirir ki, ifaçı 3 saat ərzində 3000 tamaşaçısına unudulmaz gecə yaşadıb. Bir-birindən maraqlı mahnılar oxumaqla yanaşı, Yıldız izləyiciləri ilə söhbət də edib. 

52 yaşlı sənətçi heç vaxt estetik əməliyyat etdirmədiyini vurğulayıb:

"Heç vaxt estetik əməliyyat üçün bıçaq altına yatmadım. Özüm də, ruhum da 52 yaşındadır. Əməliyyat etdirib 15 yaşlı qız kimi görünə bilərəm, amma ruhum olduğu kimi qalacaq. Mənim estetik əməliyyatım ancaq qaşlarımın alınmasıdır".



Redaktorun seçimi