Sılanın döyülməsinə səbəb Ziynət Sali imiş

44 dəfə oxunub
Sılanın döyülməsinə səbəb Ziynət Sali imiş

Müğənni Sılanın sevgilisi, aktyor Ahmet Kural tərəfindən döyülməsi gündəmdən düşmür.

Musavat.com xəbər verir ki, bu gün “Kanal D”-də yayımlanan “İkinci sayfa” verilişində müğənninin döyülmə səbəbi açıqlanıb.

Aparıcılar bildirib ki, aktyor Ziynet Sali ilə Sılanın görüşməsini istəməyib. Həmin gecə Ziynet Sılaya mesaj yazdığı üçün dava düşüb və Ahmet Sılanı döyüb.  

Qeyd edək ki, Sıla ötən həftə məhkəməyə müraciət edərək, sevgilisindən şikayətçi olmuşdu.  Aktyor isə haqqında səsləndirilən iddiaları rədd etmişdi.



Redaktorun seçimi