Çelentano azərbaycanlı məşhurla MÖHTƏŞƏM DUETİ BARƏDƏ: - “Zəmanət verirəm ki...” - VİDEO

152 dəfə oxunub
Çelentano azərbaycanlı məşhurla MÖHTƏŞƏM DUETİ BARƏDƏ: - “Zəmanət verirəm ki...” - VİDEO

"Ukraynanın səsi” yarışması ilə məşhurlaşan müğənni Vaqif Nağıyev 80 yaşlı dünya şöhrətli ifaçı və aktyor Adriano Çelentano ilə eyni səhnəni paylaşıb.

“Ma Perke” kompozisiyasını təkrarolunmaz müğənni ilə duet oxuyan həmyerlimiz təəssüratlarını özəl olaraq Publika.az-a bölüşüb:

“Dünya şöhrətli italyan müğənnisi ilə eyni səhnəni bölüşmək və onunla duet oxumaq mənim üçün böyük fəxrdir. Maestronun razılaşdığını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Təbii ki, həm də həyacanlı idim. Bildiyiniz kimi, bundan əvvəl İnqridlə azərbaycan dilində “Ümid yağışı” adlı mahnıya duet oxumuşuq, həmçinin Alessandro Safina ilə eyni səhnəni paylaşmaq imkanım olub. Amma dünənki konsertin yeri bambaşqa idi... Sevdiyim ifaçı ilə sevdiyim əsəri səsləndirmək daha yaddaqalan oldu. Çox sevindirici haldır ki, buna nail oldum”.

Vaqif Nağıyev bildirib ki, Çelentanonun onu səhnəyə dəvəti xüsusi olub:

“Konsertin gedişatında maestro məni səhnəyə dəvət etdi. Duetə başlamazdan əvvəl haqqımda fərx hissi yaradan fikirlər söylədi. O, “Bizim çox mühüm bir qonağımız var. Onu sizə təqdim etmək çox xoşdur və zəmanət verirəm ki, möhtəşəm ifaçıdır. Bu axşam onunla birlikdə gözəl duet ifa edəcəyik. Sizin qarşınıza çıxacaq ifaçı çox istedadlı və bəyəndiyim müğənnidir. O, bir az italyanca da danışa bilir” deyə bildirdi. Bunu gözləmirdim. İfamızdan sonra isə “Ola bilsin ki, gələn ilki İtaliya turuna səni dəvət edim” , - deyə sözlərinə əlavə etdi. Bir azərbaycanlı kimi vətənimi, öz mədəniyyətimi və sənətimi digər ölkələrdə layiqincə təmsil etməyi özümə borc bilirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, V.Nağıyev Bakıda anadan olub. 3 yaşında Heydər Əliyev Sarayının səhnəsində, görkəmli bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 9-cu sinfə qədər Bülbül adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Moskvada "Qnesinıx" adına kollecə təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra 63 saylı orta məktəbdə və Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində təhsil alıb. 2008-ci ildən prezident təqaüdçüsüdür. 2014-cü ildə isə "Ukraynanın səsi" yarışmasında iştirakı ilə yadda qalıb.



Redaktorun seçimi