"Sevilmək istəyirsənsə, ora-buranı göstərməlisən" - Elvin

157 dəfə oxunub
"Sevilmək istəyirsənsə, ora-buranı göstərməlisən" - Elvin

"Şou-biznes zəifləyib sözü ilə razı deyiləm. Adamlar öz sahələrində demək olar ki, hər işi görürlər. İnsanlar, fikirlər, zəmanə dəyişib... Qalmışıq o balaca, cılız bir-iki notdan ibarət musiqilərin içində. Dünyaya çıxmaq, dünya bəstəkarlarının mahnısını dinləmək, yaxud bizim nəhəng bəstəkarlara qulaq asmaq fikrimiz yoxdur".

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi son vaxtlar şou-biznesin zəifləməsi ilə bağlı deyilənlərə fikir bildirib:

"Şou-biznes elə həminki kimidir. Kim kiməsə söz atır. Qalmaqallar da bol... Sadəcə, indiki insanlarda maraq oyatmaq, mahnın dinlənsin, insanar səni dəstəkləsin istəyirsənsə, gərək yolun ortasında bir video çəkəsən, səviyyəsiz davranışlar, ora-buranı camaata göstərəsən. Bax o zaman maraqlı olacaqsan. Kim nə deyir, desin, reallıq budur. Bu fikrimlə razılaşmayanın özü elə o insanlardan biridir. Aydın məsələdir ki, o insan mənim fikrimə hörmətlə yanaşmaz.

Bilirəm indi kimsə professorluq edəcək, hər şeyi İnstaqrama bağlayacaq. Ay mənim İnstaqramda şir, pələng olan soydaşlarım, hər şeyi sosial şəbəkə ilə, "like"larla bağlamayın. Bir az da sağlam düşüncəli olun, keyfiyyət axtarın".



Redaktorun seçimi