"Azəri Vandam"a görə verilişi bağlanan Mehriban od püskürdü - "Çeynəyin məni"

Hit: 4378
"Azəri Vandam"a görə verilişi bağlanan Mehriban od püskürdü - "Çeynəyin məni"

ARB TV-də yayımlanan əməkdar artist Mehriban Xanlarovanın "Canım sizə desin" adlı verilişi bağlanıb.

Verilişin bağlanma səbəbini əməkdar artistin özüylə əlaqə saxlayıb soruşduq. Verilişin bağlanmasına səbəb bir neçə gün öncə özünü Azəri Vandam adlandıran şəxsin verilişə çağırılması və Xanlarovanın həmin şəxsin elədiyi hərəkətləri təkrarlaması olub. Qeyd edək ki, Xanlarova həmin verilişdə "şpakat" da açmağa cəhd göstərmişdi. Bu da xalq tərəfindən birmənalı şəkildə qarşılanmadı. Bir çox insanın təhqir və tənqidinə səbəb oldu.

Məsələ ilə bağlı Faktor.az saytı Mehriban Xanlarovadan açıqlama alıb. O deyib  ki, veriliş, bağlandı, kimə nə oldu ki: "Monitor arxasında oturan kişiciklər, hünəri çatmayan qadınlar var -  cəsarət edib, üzümə deyə bilmədiklərini monitor arxasında mənim haqqımda yazırlar. Kiminsə çörəyinə bais oldular. Guya neylədilər ki? Veriliş bağlandı, kimə noldu ki? Sağ olsun xalqım! Xalq məni yenə sevir, Hamımız o dünyaya üz tutan insanlarıq, hamımız doğulmuşuq ölmək üçün".

Xanlarovaya verdiyimiz  "İnsanların sizə olan aqresiyası verilişinizdən əvvəl var idi, ya sonra yarandı" sualına Xanlarova qısa olaraq belə cavab verdi: "O insanlar da bir gün öləcək, heç olmasa başları üstündə olan Allahdan qorxsunlar. Bu, hamıya aid deyil, yaxşıları da var. Mən heç vaxt özümlə öyünməmişəm, mənəm, mənəm deməmişəm, amma indi deyirəm mən Mehriban Xanlarovayam, qoy çeynəsinlər məni. Mən varam ki, danışırlar. Bəzi jurnalistlərdə yazır, onları da Allaha tapşırıram. Yəni neyləyirlər eləsinlər. Nəyə nail olurlar ki?  O "Ögey Ana"da deyir e  "İstədiyinə çatdın?"

Firuzə Firdevs // Faktor.az

 









Redaktorun seçimi