"Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da..." - SƏİDƏ

Hit: 345
"Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da..." - SƏİDƏ

Müğənni Səidə Sultan ailə qurmamasının səbəbini açıqlayıb.

Faktor.az axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" verilişində bu haqda sualları cavablandıran Səidə bildirib ki, hələ bəyəndiyi oğlanı tapmayıb:

"Özümü tanıyan insanam. Nəyə qadir olduğumu, bacardığımı yaxşı bilirəm. Heç bir zaman ruhu zəif oğlanla ailə qura bilmərəm. Həyatımda o cür oğlan ola bilməz. Yanımda güclü, sözünün kəsəri olan oğlan olmalıdır. Onu görəndə, oğlan kimi hörmət eləməlidirlər.

Yoxsa, özümə seçdiyim insan, həyat yoldaşım ruhu zəif insan olsa, o kişini mən neyləyirəm? Ondansa anamın evində oturmuşam...".









Redaktorun seçimi