Damlanın bu sözləri Toliki canlı yayımda ağlatdı

Hit: 242
Damlanın bu sözləri Toliki canlı yayımda ağlatdı

Hələ də mən o itki ilə barışa bilmirəm.

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Damla qonağı olduğu "Hər şey daxil"də dünaysını dəyişən atası ilə bağlı danışarkən deyib.

Müğənni atasını itirdikdən sonra hələ də onun yoxluğu ilə barışa bilmədiyini dilə gətirib:

"Baxmayaraq ki, atamın dünyadan köçməsinə xəstəlik səbəb olmuşdu, onun ölümünə nə başqa insanların, nə ailəmizin heç bir təsiri olmamışdı. Amma hələ də mən o itki ilə barışa bilmirəm. Amma atamın ölümündən sonra bir şeyi kəşf etdim... Bizi təmənnasız yalnız valideynlərimiz sevir. O sevgidə heç bir təmənna yoxdur, o sevgidə heç bir gözlənti yoxdur". 

Damlanın bu ifadələri aparıcını da kövrəldib. Tolik qəhərdən fikirlərini izah etməkdə çətinlik çəkib. Prodüser hətta gözyaşlarını belə saxlaya bilməyib.









Redaktorun seçimi