Əməkdar artist 3 ildən sonra yenidən aparıcılığa qayıdır - Kanal açıqlandı

Hit: 226
Əməkdar artist 3 ildən sonra yenidən aparıcılığa qayıdır - Kanal açıqlandı

Əməkdar artist Dilarə Əliyeva 3 illik fasilədən sonra yenidən aparıcılıq edəcək. 

Milli.Az xəbər verir ki, bu haqda aktrisa axşam.az-a açıqlamasında deyib. O bildirib ki, yaxın günlərdə yeni verilişi ilə tamaşaçıların qarşısına çıxacaq:

"Yaxın bir ay içində məni televiziyada yeni layihəmlə aparıcı olaraq görəcəksiniz. Bu mövsüm ARB kanalından təklif aldım. Orada çalışacam. Kanalın siması olaraq çıxış edəcəm".

"Bilirik ki, hər zaman layihələrinizi həyat yoldaşınız Oqtay Əliyevin sahibi olduğu "Soy" prodakşının çərçivəsində etmisiniz. Bu dəfə prodakşından kənar işləyəcəksiniz" sözlərinə D.Əliyeva belə cavab verib:

"Təbii ki, Oqtaysız heç nə mümkün deyil. Öz dəstəyi ilə yanımdadır. Onsuz bir günüm olmasın".









Redaktorun seçimi