Rusiyalı məşhur müğənni xəstəxanalıq oldu

Hit: 291
Rusiyalı məşhur müğənni xəstəxanalıq oldu

Rusiyalı məşhur müğənni Stas Pyexa xəstəxanaya yerləşdirilib.

Faktor.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı ifaçı "Instagram" hesabında məlumat yayıb.

O, pankreatitlə həkimə müraciət etdiyini deyib:

"Yaşamağa və oxumağa davam edəcəm. Sadəcə qidalanmamda və rejimimdə kəskin dəyişikliklər olacaq".

Pyexa əlavə edib ki, hazırda tam müayinədən keçir. Həkimlər ona "kəskin pankreatit" diaqnozu qoyublar.









Redaktorun seçimi