Erotik filmin məşhur aktrisası ana olacaq - FOTOLAR

Hit: 922
Erotik filmin məşhur aktrisası ana olacaq - FOTOLAR

Dakota Conson ana olmağa hazırlaşır.

Faktor.az xəbər verir ki, erotik səhnələri ilə səs salan "Bozun 50 çaları" filmindən sonra məşhurlaşan 29 yaşlı aktrisanın hamilə olması iddia edilib. Qərb mətbuatının yazdığına görə, dünən Dakota Conson və onun sevgilisi Kris Martin dostlarını və doğmalarını başlarına yığaraq dünyaya gələcək körpənin cinsini elan ediblər. Daha sonra şad xəbəri təntənəli şəkildə qeyd ediblər.

Lakin Consonun rəsmi nümayəndəsi aktrisanın hamiləlik xəbərlərinin həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, aktrisa sadəcə sevgilisinin doğum günü münasibətilə evdə ziyafət təşkil edib.

Əgər xəbərlər doğru olarsa, bu, Consunun ilk, Martinin isə 3-cü övladı olacaq. Musiqiçinin aktrisa Qvinet Peltroudan 14 yaşlı qızı və 12 yaşlı oğlu var.

Qeyd edək, aktrisa "Coldplay" qrupunun vokalçısı ilə bir ildən çoxdur ki, görüşür. Son vaxtlar mənbələr yorulmadan təkrar edir ki, onların münasibətlər ciddidir. (publika.az)

1
1
1
1








Redaktorun seçimi