“Səs Azərbaycan”a 3 milyon xərclənibmiş

Hit: 559
“Səs Azərbaycan”a 3 milyon xərclənibmiş

2015-ci ildə AzTV-də yayımlanan “Səs Azərbaycan”a xərclənən pulun miqdarı açıqlanıb. Bunu ilk dəfə prodüser Oqtay Əliyev “Səhər-səhər” proqramına qonaq olarkən deyib. 

O. Əliyev qeyd edib ki, sözügedən layihəyə 3 milyon avro xərclənib: “İndi Rusiyadakı “Qolos”, “O səs Türkiyə” kimi  layihələr gündəmdədir. Həmin müsabiqələr çox baha başa gəlir. Onun lisenziyasını almaq üçün 1 milyon avro ödəməlisən. AzTV-də isə  3 aylıq layihə 3 milyona başa gəldi”.









Redaktorun seçimi