Azərbaycanlı aktrisa dəbi ötmüş libası ilə diqqət çəkdi

113 dəfə oxunub
Azərbaycanlı aktrisa dəbi ötmüş libası ilə diqqət çəkdi

Ötən gün Nizami Kino Mərkəzində müğənni İzzət Bağırovun ssenari müəllifi olduğu və baş rolunu canlandırdığı “Ümidlər puç olanda” filminin qala gecəsi baş tutub.

Oxu.Az xəbər verir ki, sənətçi gecəyə oğlu ilə qatılıb.

Mərasimdə az sayda adam iştirak edib.

Qala gecəsinə qatılan baş rol ifaçısı Gülşən Hüseynli isə çəhrayı, dəbi ötmüş geyimi və eyni rəngli makyajı ilə diqqət çəkib.

Filmdə çəkilən Əməkdar artist Mehriban Xanlarova isə təqdimata qatılmayıb.

Filmin quruluşcu rejissoru Samir Qulamovdur. Filmdə müğənninin özü ilə yanaşı, aktyor Əjdər Həmidov, aktrisa Asya Atakişiyeva, Gülşən Hüseynli və başqaları rol alıblar.



Redaktorun seçimi