Zamiq 15 ilin hesabatını verəcək

98 dəfə oxunub
Zamiq 15 ilin hesabatını verəcək

Müğənni Zamiq Hüseynov fevralın 10-da Heydər Əliyev adına Sarayda konsert verəcək. Bu barədə sənətçi “MTV”yə açıqlamasında bildirib.  Konsert Zamiq Hüseynovun səhnə fəaliyyətinin 15 illiyinə həsr olunub və hesabat xarakteri daşıyır.

“Demək olar ki, öz repertuarıma müraciət edəcəm. Möhtəşəm bir konsert baş tutacaq. Buna inanıram. Çalışdığım qədər  konsertə gələn insanları zövqlü musiqi ilə qarşılayacağıq”- deyə Zamiq bildirib. 

Bundan əlavə, Z. Hüseynov dəvətnamə verəcəyi şəxslər barədə də danışıb: “Elə insanlara dəvətnamə verərəm ki, mənim konsertimdə səhv axtarmasın. Yəni, Zamiq niyə belə geyindi, nə üçün mahnını bu tərzdə oxudu və.s Belə şeyləri çox görürəm. Konsertə gedirəm, görürəm ki, nəsə danışmağa söz axtarırlar”. 



Redaktorun seçimi