"O Səs Türkiyə"nin yeni jürilərinin maaşları nə qədər olacaq? - İddia

251 dəfə oxunub
"O Səs Türkiyə"nin yeni jürilərinin maaşları nə qədər olacaq? - İddia

"O Ses Türkiye" yeni mövsümə Seda Sayan və Beyazıt Öztürk sürprizi ilə başlayacaq. Mahnı yarışmasının yeni jüriləri sosial media istifadəçiləri tərəfindən uzun-uzadı müzakirə edilmişdi. Jürilərin qonorarları isə daha geniş müzakirələrə səbəb olmuşdu.

Faktor.az "ölkə.az"-a istinadən Acun Ilıcalının verilişi əmanət etdiyi jürilərin maaşlarını təqdim edir:

Acunun vaz keçə bilmədiyi Murat Boz hər seriya üçün 70 min TL qonorar alacaq.

Verilişin sevinc qaynağı olan Hadisənin də Murat kimi 70 min TL alacağı iddia edilir.

Yarışmaya Yıldız Tilbenin yerinə daxil olan Seda Sayanın da 70 min TL qonorar alacağı söylənilir.

"O Səs Türkiyə"də yeni mövsümdə ən çox həyəcan yaradacaq Bəyazıt Öztürk isə hər seriya üçün 90 min TL qazanacaq.

Böyük maraqla gözlənilən veriliş isə 6 oktyabr tarixində izləyiciləri ilə qovuşacaq.



Redaktorun seçimi