Atamın dostu ilə yatdım - Aktyorun qızından gözlənilməz etiraf

Hit: 542
Atamın dostu ilə yatdım - Aktyorun qızından gözlənilməz etiraf

Əsl adı Lili Rouz Kuper olan, Lili Alen adı ilə tanınan müğənni və aparıcı şəxsi həyatı ilə bağlı etirafı  maqazin mediasının gündəmini zəbt edib.

Faktor.az The Sun-a istinadla xəbər verir ki, müğənni 14 yaşındaykən atasının yaxın dostu ilə yatdığını iddia edib. Tanınmış aktyor Keit Alenin qızı olan Lili bildirib ki, həmin şəxslə otel otağında cinsi əlaqədə olub.

Lilinin dediyinə görə, atasının bu söhbətdən illər sonra xəbər tutmasına baxmayaraq reaksiyası çox fərqli olub. Belə ki, atası bu məsələni zarafata salaraq dostu ilə daima deyib-gülüb.

Müğənni bu etiraflarını öz kitabında qeyd edib və bildirib ki, yatdığı kişi də tanınmış şəxsdir.
 








Redaktorun seçimi