Gülay ispan kraliçası ilə eyni paltarda - FOTOLAR

Hit: 1444
Gülay ispan kraliçası ilə eyni paltarda - FOTOLAR

Müğənni Gülay Zeynallı İspaniya kraliçası Letisiyanın libasdan geyinib.

Publika.az xəbər verir ki, İspaniya kralı VI Filippin həyat yoldaşı geyimi ilə növbəti dəfə diqqət mərkəzində olub. Letisiya rəsmi çıxışlarının biri üçün qara xallı ağ don seçib. Məlum olub ki, “Massimo Dutti” brendindən olan paltarın dəyərinin 122 funt sterlinqdir (təxminən 275 manat) .

Azərbaycanlı müğənni Gülay da ispan kraliçasının paltarının eynisindən geyinib. Gülay bu paltarla “5/5” verilişinə qatılıb, fotolarını isə İnstaqram səhifəsində paylaşıb.

 

Kraliça obrazını qara kəmərlə tamamlayıb, müğənni isə aksessuardan istifadə etməyib.

Xatırladaq ki, ispan kraliçası keçən il “Zara”dan 90 dollara aldığı şifon donu ilə gündəmə gəlmişdi.

1
1








Redaktorun seçimi