"Hansı kişi məni belə geyindirib, yedizdirə bilər?" - Elza - VİDEO

Hit: 443
"Hansı kişi məni belə geyindirib, yedizdirə bilər?" - Elza - VİDEO
"Mənim kişilər kişisi olan sənətim var. Hansı kişi məni belə geyindirib, bəziyib-düzəyər, yedizdirər? Özü də ömür boyu... Tək məni yox, ailəmi də...”.
 
Faktor.az-ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan Nail Naiboğlunun "Stop” verilişində deyib. Müğənni sevgidən, keçmiş həyat yoldaşından danışıb.
 
O bildirib ki, əgər yaxşı kişi qarşısına çıxsa, yenidən ərə gedər:
 
"Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm. Etiraf edirəm ki, ailəm, övladlarım, qohumlarım, keçmiş həyat yoldaşım da ailə qurmağıma yaxşı baxar. Amma indiki gündə gözəl sənətimə görə heç nəyə ehtiyacım yoxdur. 
Keçmiş ərimlə heç vaxt ailə kimi ola bilmərik. Ayrılıq heç bir zaman birləşə bilməz. Oldu, bitdi və getdi”.








Redaktorun seçimi