Avroviziya təmsilçimiz: "Mən qalib gəlmək istəyirəm"

Hit: 563
Avroviziya təmsilçimiz: "Mən qalib gəlmək istəyirəm"

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və müsabiqədə Azərbaycanı təmsil edəcək Fidan Hüseynova iştirak edib.

Fidan Hüseynova bundan əvvəl İtaliyada beynəlxalq incəsənət festivalında içtirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılıq üzrə birinci yeri qazanıb. Həmçinin, Fidanın adı 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə gənc istedadların "Qırmızı kitabı"na salınıb və Prezident təqaüdünə layiq görülüb.

Leyla Quliyeva təmsilçimiz haqda bildirib: "Fidan musiqi ilə yanaşı, basketbol, şahmatla da məşğuldur. İstedadlı uşaqdır. Namizədliyini İTV təsdiqlədi. Mahnını seçmə mərhələsi bir qədər sürəcək. Fidan özü də mahnının yaranmasında iştirak edəcək". 

13 yaşlı ifaçı tədbirdə sualları cavablandıraraq: "Mən qalib gəlmək istəyirəm" deyə bildirib və canlı olaraq "Sarı gəlin"i səsləndirib.

Qeyd edək ki, "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi bu il noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək.









Redaktorun seçimi