Yeni albomuna 1 milyon xərclədi

Hit: 427
Yeni albomuna 1 milyon xərclədi

Türkiyəli müğənni Ebru Gündəş 17-ci albomunu çıxarmağa hazırlaşır.

Faktor.az Qafqazinfo-ya istinadən bildirir ki, "Posta"nın yaydığı xəbərə görə, 43 yaşlı sənətçi albomun hazırlanması üçün 1 milyon lirə (təxminən 290 min manat) xərcləyib.

Bu məbləğə mahnıların alınması, studiya işləri, klip, fotosessiya, plakatlar və reklam xərcləri daxildir.

İfaçı noyabrda təqdim olunacaq albom üçün Gökhan Tepe, Ayla Çelik, Sıla, Niran Ünsal və Günay Çoban bəstə alıb.









Redaktorun seçimi