Bacısından Hadisəyə iynəli sözlər

Hit: 849
Bacısından Hadisəyə iynəli sözlər

Anasının intihara cəhd etməsindən sonra müğənni bacısı Hadisə ilə yollarını ayıran prodüser Hülya Açıqgöz sosial media hesabından tikanlı paylaşım edib.

Faktor.az verir ki, Hadisənin "hər şey yolundadır, ailəliklə bu hadisəni geridə qoya bilərik" açıqlamasına rəğmən, Hülya eyni fikirdə olmadığını bildirib.

"Öyrəndim ki, insanlar ona söylədiyinizi və etdiyinizi unudar. Ancaq sizə hiss etdirdiklərini əsla unutmaz" - Açıqgöz qeyd edib.

O, daha öncə bacısına mesaj olaraq "Ulduzlar axar. Mən sıradan insanam" demişdi. /publika.az









Redaktorun seçimi