Ayrılıqları iki ay çəkdi

Hit: 393
Ayrılıqları iki ay çəkdi

Türkiyənin məşhur aktyoru Burak Dəniz və sevgilisi aktrisa Büşra Dəvəli barışıb.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, iyun ayında ayrılan cütlük yenidən barışıb. Onlar barışdıqdan sonra birlikdə Marmarisə istirahətə yollanıblar.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Büşra Dəvəlinin qısqanclığı olub. Hər iki məşhurun yaxın dostları sevgililəri barışdırmaq istəsə də, onlar razı olmamışdı.

 

Məşhur cütlük Marmarisdə getdikləri teatr tamaşasına baxarkən birlikdə görülüblər.









Redaktorun seçimi