Məşhur aparıcı: Yumurtalıqlarımı dondurmuşam - FOTOLAR

Hit: 350
Məşhur aparıcı: Yumurtalıqlarımı dondurmuşam - FOTOLAR

Türkiyənin tanınmış aparıcısı Seda Akgül “Kanal D”-də yeni başlayan “Dörd kadın zamanı” proqramında maraqlı açıqlamaları ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, o, məşhurların sevgi münasibətləri və evlənməsi ilə bağlı fikirlərini ifadə edib.

“Cem Yılmaz Ahu Yağtu ilə tanış oldu və evləndi. Bir müddət sonra övladları oldu və ayrıldılar. İndi isə münasibətlər yaxşıdır. Bəzilərindən yaxşı ər yox, yaxşı eks-ər olur. Bir kişinin qadının ana olma hissini əlindən almağa haqqı yoxdur. Heç kim başqasını 15 il gözləmək məcburiyyətində deyil”.

Akgül daha sonra bildirib ki, yumurtalıqlarını dondurub:

“Yumurtalıqlarımı dondurmuşam, 70 yaşında ana ola bilərəm. Amma bədənim yetsə də, mənəvi olaraq övladıma baxa bilmərəm”.

 
1
1








Redaktorun seçimi