Əməkdar artist şəhid qardaşını andı - Vətənin qurbanı olan qardaşım...

Hit: 494
Əməkdar artist şəhid qardaşını andı - Vətənin qurbanı olan qardaşım...

Əməkdar artist Gülüstan Əliyevanın son paylaşımı hər kəsi kövrəldib.

Faktor.az xəbər verir ki, o, şəhid qardaşının fotosunu paylaşaraq altından bu sözləri yazıb: 

"Şəhidim. Bu gün sənsiz keçən 24-cü ad günüdür. Güllər açılanda solan qardaşım. Vətənin qurbanı olan qardaşım. Vətənin, ananın, bacılarının dilində təkcə adı qalan qardaşım".

Qeyd edək ki, bu əməkdar artistin ailəsində baş verən ilk faciə deyil. Onun həyat yoldaşı Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində həlak olub.









Redaktorun seçimi