Məşhur müğənniyə "arvad" dedilər

Hit: 497
Məşhur müğənniyə "arvad" dedilər

Rusiyanın məşhur müğənnisi Filip Kirkorovu həmkarı biabır edib.

Faktor.az baku.ws-ə istinadən xəbər verir ki, Filip Kirkorovla Lyubov Uspenskaya arasında qalmaqal baş verib.

İki məşhurun mübahisəsinə səbəb isə biznes olub. Belə ki, Uspenskayanın Moskva şəhərində yeni klub açması elə həmin şəhərdə klub sahibi olan Kirkorovu qısqandırıb.

Yayılan xəbərlərə görə bir müddət əvvəl üz-üzə gələn iki məşhur salamlaşmayıb. Hətta Kirkorov artıq sosial şəbəkələrdə Uspenskayanı izləmir.

Lyubov Uspenskaya jurnalistlərə açıqlamasında isə bunları bildirib:

"Heç təəccüblənmədim. O, hər şeyi çox ciddi qəbul edir! Özünü kişi kimi yox, arvad kimi aparır".

 








Redaktorun seçimi