"Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO
"Xəzər TV"-də yayımlanan "Hər şey daxil" verilişində "Ay yay yay" serialının baş rol ifaçıları qonaq olub.
Serialdan parçaları izlədikdən sonra aparıcı Tarix Əliyev müğənni Orxan Babazadəyə iradını bildirib.
Tolik qeyd edib ki, Orxan avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmağı unudub və onu 40 AZN cərimə etmək lazımdır.
Bu səbəbdən Tolik verilişin redaktorundan xahiş edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu canlı efirə bağlasınlar.
Bir neçə dəqiqədən sonra Tolikə məlumat verilib ki, idarə ilə əlaqə saxlanılıb və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu əvəz edən Rasim Abdullayev onlara "gedin işinizlə məşğul olun" deyib.
Tolik isə cavabında bunları deyib: