"Mənim kimi qəşəng qızlar çıxıb gedib" - Azərbaycanın ən cazibədar aparıcıları - FOTOLAR

Hit: 1262
"Mənim kimi qəşəng qızlar çıxıb gedib" - Azərbaycanın ən cazibədar aparıcıları - FOTOLAR
Azərbaycan teleməkanının ən cazibədar xanım aparıcısı kimdir?

Faktor.az xəbər verir ki, Milli.Az bu sualla tanınmış bir neçə xanım aparıcıya müraciət edib.

Sualı cavabsız qoyan Afaq Gəncəli bunu ATV rəhbərliyinin onlara hər hansı bir mövzu ilə bağlı açıqlama verməyi qadağa qoyması ilə əlaqələndirib.

Növbəti əlaqə saxladığımız xanım aparıcı Könül Yusif qızı olub. Könülün cavabı lakonik alınıb:

"Mənim üçün Azərbaycan teleməkanının indi də ən cazibədar xanım aparıcısı Nərgiz Cəlilovadır".

Bir neçə il öncə "Lider" telekanalında cazibədarlığı ilə tamaşaçıların yadında qalmağı bacaran Zemfira Adıgözəlova ad çəkməkdə çətinlik çəkib. Zemfira səbəbini belə izah edib:

"Bu suala kişilər cavab versəydi, daha yaxşı olardı. İnsanın özü-özünə cazibədar deməsi anormallıqdır. Birinin adını çəkərəm ikincisi inciyər ki, "Adımı çəkmir". Ya da o biri deyər ki, "Xeyir ola mənim yox, filankəsin adını çəkir". Cazibədar aparıcılarımızın bir çoxu artıq efirdə yoxdur. Çətinlik çəkirəm cavab verməyə. Bir neçəsini tanıyıram, amma onları heç baxımlı hesab etmirəm. Mən tanıdıqlarım köhnələrdəndir, onlar da indi efirdə yoxdurlar. Hamı gedib, mənim kimi. Mənim kimi qəşəng qızlar çıxıb gedib. İndi televiziyaya baxmıram, efirlərdən xəbərim yoxdur. Gedirəm hansısa tədbirə, təqdim edirlər ki, bu filankəsdir, bu aparıcıdır... Baxıram ki, ay Allah, ilk dəfədir görürəm. Söhbət arasında soruşuram ki, "çoxdan aparıcısınız?", deyir "Hə, 2 ildir". Amma mən tanımıram. Nə adını eşitmişəm, nə də görüntüsünü görmüşəm". 

Yaşının az olmasına baxmayaraq açıq-saçıq şəkilləri ilə gündəm yaradan Mələk Heydərova da sorğuda iştirak edən məşhurlardan oldu. Mələk "Ən cazibədar aparıcı" adına Könül Yusif qızı kimi Nərgiz Cəlilovanın adını çəkdi:

"Nərgiz Cəlilova gəlmiş-keçmiş ən gözəl, ən cazibədar, ən baxımlı aparıcımızdır. Baxmayaraq ki, çoxdandır efirdə yoxdur.

Özümü də aparıcılar arasında ən baxımlı, ən xoş görünüşlü hesab edirəm. Mən efirə yaraşan adamlardanam. Kamera məni çox sevir. Həyatdan çox efirdə yaxşı düşürəm mən. Mən aparıcılıq etdiyim zaman camaat məni sevib. Amma indi mən efirdə yoxam deyə, kim ola bilər?! - Afaq Gəncəli... Çox baxımlıdır, çox gözəldir. Efirə çox yaraşır. Hal-hazırda onun qədər efirə yaraşan xanım aparıcı yoxdur".

 









Redaktorun seçimi