Cazibədar Zemfira: Ailəmi düşünməyə vaxtım yoxdur

Hit: 346
Cazibədar Zemfira: Ailəmi düşünməyə vaxtım yoxdur

Cazibədar aparıcı Zemfira Adıgözəlova səmimi açıqlamaları ilə diqqət çəkib.

Faktor.az xəbər verir ki, efir məkanından uzaq düşən Zemfira Milli.Az-a açıqlaması zamanı işlərinin çoxluğundan ailəsinə vaxt ayıra bilməməkdən şikayətlənib:

"Vaxtım yoxdur şəxsi həyatı düşünməyə, ailəmi düşünməyə. Vaxt tapıram ki, ailə üzvlərimə vaxt ayırım, onlarla oturum, durum?!"

Cazibədar aparıcı yenidən efirə qayıtmayacağı siqnallarını da verib:

"Yenidən efirə qayıtmağı düşünmürəm hələ. Bir gün səhər yatıb dururam, istəyirəm. O biri gün yatıb dururam, istəmirəm. Efir üçün ürəyim getmir. Konsert təşkilatçılığı işimdə daha üstünlük təşkil edir. Teleaparıcılıq barədə düşünmürəm".









Redaktorun seçimi