"Bozbash pictures" daha olmayacaq

Hit: 329
"Bozbash pictures" daha olmayacaq

ATV-də yayımlanan "Bozbash pictures" efirlə vidalaşıb.

Faktor.az axşam.az-a istinadən məlumatına görə, bu haqda aktyorlar Ramil Babayev, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov və İlkin Miskərli sosial şəbəkədə yazıb.

Onlar ötən gün efirə gedən bölümün sonuncu olduğunu bildiriblər. Aktyorlar vida bölümünü Gürcüstanda lentə alıblar.

İ.Həsəni "Sadiq tamaşaçılara, yanımızda olan dostlara təşəkkürlər. Böyük ekranlarda görüşmək ümidi ilə" sözlərini yazıb.









Redaktorun seçimi