Baloğlan Əşrəfova efir qadağası qoyulub

Hit: 512
Baloğlan Əşrəfova efir qadağası qoyulub

Müğənni Baloğlan Əşrəfov efirlərə çıxmır.

Faktor.az oxu.az-a istinadən bildirir ki, bir neçə kanaldan müğənnini qonaq qismində dəvət etsələr də, sənətçi gələ bilməyəcəyini deyib.

O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub.

Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.

Məsələ ilə bağlı Samir Xəttabla əlaqə saxladıq. Təşkilatçı bildirdi ki, məlumat doğrudur: "Sentyabr ayının 8-də Baloğlan Əşrəfovun konserti baş tutacaq. Müqaviləmizə və qarşılıqlı razılaşmaya əsasən, konsertə qədər efirə çıxması və mahnı oxuması qadağandır. Əgər hər hansı bir vacib məqam yaranarsa, razılaşarıq, çıxış edər. Bu kimi qadağalar dünya praktikasında hər zaman icra edilib".









Redaktorun seçimi