"İlk dəfə dekolteni mən geyinmişəm" - Flora Kərimova

131 dəfə oxunub
"İlk dəfə dekolteni mən geyinmişəm" - Flora Kərimova

Murad Arifin "Popumuz var" adlı layihəsinin budəfəki qonağı xalq artisti Flora Kərimova olub.

Faktor.az axşam.az-a istinadən bildirir ki, müğənni maraqlı açıqlamalar verib. Kərimova bildirib ki, sənətdə ilk dəfə dekolte geyinən qadın olub:

"Səviyyə haqqında səviyyəsizlər danışarlar. Səviyyə millətin mentalitetidir. Mentalitet isə ənənədir. İnsan böyüyə söz deməyə çəkinir, keçir mentalitet səviyyəsinə. Açıq-saçıqlıq tərbiyyəsizlikdir. Mənə bir dəfə də olsun geyimə görə irad tutulmayıb. Çünki mən geyimi sərgiləməmişəm. Mahnımı təqdim etmişəm. Dekolte geyinmişəm, amma bədənimi sərgiləməmişəm. Heç dekoltemə baxmayıblar. Baxmayaraq ki, ilk dəfə dekolteni mən geyinmişəm. Heç onu üzümə də vurmayıblar. 

Açıqlıq inqilab deyil, abırsızlıqdır, tərbiyyəsizlikdir. Usta o adamdır ki, açıq ayaqla çıxır səhnəyə, amma heç kim ayağına baxmır. Geyimimə bir dəfə qadağa qoyublar. Bir dəfə şalvar geyindim. Cavanıydıq. Bir müğənni də mənimlə gəlmişdi müsabiqəyə. Onu seçmədilər, məni seçdilər. O gəncin sayəsində məni müzakirə etdilər. Sağ deyil, dünyasını dəyişib. Allah ona rəhmət eləməsin".



Redaktorun seçimi