"Dedi ki, Türkan, sənin üzünə baxa bilmirəm" - Türkan Pərvizdən danışdı - VİDEO

82 dəfə oxunub
"Dedi ki, Türkan, sənin üzünə baxa bilmirəm" - Türkan Pərvizdən danışdı - VİDEO
Müğənni Türkan Vəlizadə müalicəsini evində davam etdirir. Xəzər maqazin verilişinin əməkdaşları onu ziyarət etmək üçün müğənninin evinə yollanıblar.
 
Faktor.az məlumat verir ki, Türkan verilişin çəkiliş komandasına başına gələn dəhşətli qəza barədə danışıb. Müğənni onu spirtli içki qəbul edərək maşın idarə etməkdə ittiham edənlərə cavab verib. Daha sonra o, duet ortağı Pərviz Bülbülə ilə aralarındakı soyuq münasibətə aydınlıq gətirib:
 
 
"Həmin gün biz studiyaya gedirdik. Yağış başlamışdı. Sonra bu hadisə baş verdi. Mən içki içən insan deyiləm. Maşını Zeynəb xanım idarə edirdi. O da namaz qılan xanımdır. Pərviz dəfələrlə mənim yanıma gəlib. Palataya girəndə dedi ki, Türkan, səni bu cür qəbul edə bilmirəm. Belə sənin üzünə baxa bilmirəm. Yanıma tez-tez gəlsə, deyəcəklər nəsə var. Gəlməyəndə də deyirlər ki, nəzarət eləmir".
 
Xatırladaq ki, Türkan Vəlizadə və Zeynəb Həsəni iyun ayının 1-dən 2-nə keçən gecə qəzaya düşüblər.  Yağışlı havada yol sürüşkən olduğundan qəza şəraiti yaranıb. Qəza Hövsan yolunda baş verib. 


loading...
loading...

Redaktorun seçimi