“Keyxanım”ın toyundan ilk görüntülər - VİDEO

Hit: 420
“Keyxanım”ın toyundan ilk görüntülər - VİDEO

Dünən "Keyxanım" ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyudur.

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirir.

Tədbirdə bir çox şou-biznes nümayəndələri iştirak edir. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.

Bu, 37 yaşlı "Keyxanım"ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.









Redaktorun seçimi