"Metroya qısa şortikdə minməyin" - Kamran Həsənli

Hit: 609
"Metroya qısa şortikdə minməyin" - Kamran Həsənli
Şoumen Kamran Həsənli də son iki günün müzakirə mövzusu olan "şortik qalmaqalı"ndan danışıb.

"Ölkə.Az"ın məlumatına görə, o, aparıcısı olduğu "Onda başladıq" verilişində sözügedən mövzuya yarızarafat münasibət bildirib:

"Bu, bir az ecazkar şortikdir. Məncə, belə şortiklə Bakıda metroya minmək yaxşı deyil. Bəzən insanlar belə anlayırlar ki, müasir düşüncə ancaq şortikdədir.

Çimərlikdə olar, amma metro ictimai nəqliyyatdır. İşə gedən insanlar var və pik saatlarda basabas olur. Çox qısa şortikdə Bakı metorsuna minməyin. Minsəniz gördüyünüz bu əhvalat baş verə bilər".

Qeyd edək ki, iki gün öncə Bakı metrosunda qısa şort geyinən qızı oturuşu digər sərnişinlərin narazılığına səbəb olub və dava düşüb.

Faktor.az









Redaktorun seçimi