“Maşın” şouda ŞOK sonluq: - qalib məlum oldu, hədiyyədən imtina etdi - VİDEO

Hit: 3801
“Maşın” şouda ŞOK sonluq: - qalib məlum oldu, hədiyyədən imtina etdi - VİDEO

18 gündür milyonları efirə kilidləyən, sosial şəbəkələrdə və mediada hadisələri, qalmaqalları, iştirakçıları ilə geniş rezonans doğuran “Maşın” realiti şousunun qalibi müəyyənləşib.

Faktor.az xəbər verir ki, “Xanımlar və cənablar - 2” devizi ilə yayımlanan şounun qalibi müğənni Roza Zərgərli olub.

O, avtomobil ətrafında olarkən Hüseyn Əzizoğluna psixoloji təsir göstərib. Hüseyn Rozanın təzyiqlərinə dözməyib və əlini avtomobildən çəkib.

Daha sonra Roza ağlamağa başlayan Hüseyni sakitləşdirmək istəsə də, onun bu cəhdi baş tutmayıb. Belə ki, Hüseyn onu özündən uzaqlaşdırıb.

Hüseyn canlı yayımda Rozanın sözünə qulaq asdığı üçün Abbas Bağırov və İlhamə Bədəlovadan üzr istəyib.

Avtomobili qazanan Roza Zərgərli isə Murad Dadaşovdan qaydaları pozmasını xahiş edib. O bildirib ki, avtomobili götürmək istəmir.

“Mən avtomobilin bütün iştirakçılar adından xeyriyyə məqsədilə istifadə edilməyini istəyirəm. Ona görə də, avtomobili götürmürəm”, - deyə Roza söyləyib.

Bunu eşidən Murad Dadaşov isə “Maşın” şounun heyəti və hüquqşünası ilə məsləhətləşdikdən sonra avtomobilin onlarda qala biləcəyini, yaxın günlərdə mediaya avtomobilin aqibəti barədə məlumat verəcəklərini bildirib.

Şou boyu sosial mediada yarışmaya qoyulan bir ton benzini isə ən çox - 109 min laykla Pərvin Abıyeva qazanıb.

Beləliklə, “Maşın”ın 16-cı sürəti indiyədək yayımlanmış proqramların ən yüksək reytinqi ilə televiziya tarixinə damğa vurub.

Qeyd edək ki, bu mövsüm yarışmada müğənnilər Rahidə Baxışova, Roza Zərgərli, Əli Mirəliyev, Abbas Bağırov, Ruhəngiz Musəvi, reperlər Uran, Qurd, aktrisa Pərvin Abıyeva, aparıcılar Azər Axşam, Fira Cəlilova,  İlhamə Bədəlova, Aytən Səfərova, Mətanət Əliverdiyeva, Günel Hümbətova, aktyorlar Cavidan Novruz, Məcid Hüseynov, meyxanaçı Ələkbər Yasamallı və vayner Hüseyn Əzizoğlu mübarizə aparırdı.









Redaktorun seçimi