Hüseyn Əzizoğlu yenidən insanların qəzəbinə tuş gələ bilər - VİDEO

Hit: 630
Hüseyn Əzizoğlu yenidən insanların qəzəbinə tuş gələ bilər - VİDEO
Bu gün "Maşın” şounun yekunlaşacağı barədə məlumatlar yayılıb. Hətta vayner Hüseyn Əzizoğlunun oyunda qalib gəldiyi söylənilir.
 
Faktor.az xəbər verirki, o, verilişin əvvəlki buraxılışlarından birində maşın uğrunda mübarizədə birinci olarsa köhnə avtomobilini uşaqlar evinə hədiyyə edəcəyini söyləyib. Lakin bir məqamı qeyd etmək lazımdır ki, Hüseyn səsvermədə səs topladıqdan sonra müğənni Abbas Bağırovu oyundan çıxarması çoxlarının qəzəbinə tuş gəlib. Tamaşaçıların əksəriyyəti onu bu addımına görə tənqid, eyni zamanda təhqir edib. Əzizoğlu bir qərarı ilə xeyli insanın etibarını itirib. O cümlədən vaynerin beş mindən çox "İnstagram” izləyicisi ondan üz çevirərək profilini izləmədən çıxarıb.
 
Hüseyn "Maşın” şouya qonaq kimi qatılan zaman "qazansam yardım edəcəm” deyənləri tənqid edib. O bildirib ki, xeyriyyəçilik etmək istəyənlər yardım fondlarına müraciət edə bilər. Lakin yarışmanın 16-cı sürətində özü bu variantdan istifadə etdi.
 
Hətta ötən il Əzizoğlu bununla bağlı qısa vayn çəkərək belələrini bir növ tənqid edib. Görəsən, Hüseyn yenidən insanların qəzəbinə tuş gələcəkmi? Öz çəkdiyi vaynın "qəhrəmanı” kimi davranacaqmı? Yoxsa sözünün üstündə durmaqla bir növ "günahlarını” yuyacaq?








Redaktorun seçimi