Mübarizəni "ana-bala"ya həvalə edən Urandan iddialı açıqlama: - "Mən kişiliyimi itirməmişəm ki..." - VİDEO

7672 dəfə oxunub
Mübarizəni "ana-bala"ya həvalə edən Urandan iddialı açıqlama: - "Mən kişiliyimi itirməmişəm ki..." - VİDEO

“Maşın”ın finalında xəstələndiyi üçün əlini çəkən reper Uran şoudan uzaqlaşdırdığı Aytən Səfərova haqqında iddialı açıqlamalar verib.

Faktor.az xəbər verir ki, Baku TV-yə açıqlama verən reper Aytəni Rozanın sözü ilə yox, ikiüzlü olduğu üçün çıxardığını qeyd edib.

O deyib ki, Aytən Səfərova “M Group Production”ın işçilərinə və iştirakçılara hamilə olduğunu bildirib.

Lakin testlər nəticəsində Aytənin hamilə olmadığı üzə çıxıb:

“Bizə hamilə olduğunu demişdi. Buna görə də onu qarşıdurmadan uzaq tutmaq istəyirdik. Lakin sonra məlum oldu ki, hamilə deyil. Mən kiminsə sözü ilə onu çıxarmamışam və kişiliyimi itirməmişəm. Aytən ikiüzlü olduğu üçün onu çıxardıq”.

Sözügedən açıqlamanı təqdim edirik:


loading...
loading...

Redaktorun seçimi